Almaniyada hicab məsələsi böyüyür - QƏRAR

31/01/2019 - 19:23 5 386 0   0  

Almaniya Federal Məhkəməsi türk qadının baş örtüyü ilə bağlı qaldırdığı iddianı Avropa Məhkəməsinə göndərib.

Məhkəmənin internet saytında bu işlə bağlı yayılan açıqlamada qeyd edilib ki, Avropa Məhkəməsi bu iddia ilə bağlı mövqeyini ifadə edənə qədər yerli məhkəmələrdə iş baxılması təxirə salınacaq.

35 yaşlı türk qadın Giden K-nın vəkili Georgi Sendelbek bildirib ki, baş örtüyü haqqında iddianın təmin edilməsi qaçılmazdır.

Qeyd edək ki, türk qadın bu iddianı 2016-cı ildə qaldırıb.

Nürünberqdə Müller ticarət mərkəzində işləyən Gidem 2016-cı ildə analıq məzuniyyətindən sonra işə qayıtdığı zaman ondan hicab taxmamaq tələb olunub.

Bu səbəbdən türk xanım məhkəmədə iddia qaldırıb.

Əvvəlcə Bavariya Məhkəməsi işə baxıb və qadını haqlı elan edib. Bundan sonra 15 min əməkdaşı olan Müller ticarət mərkəzinin vəkilləri şirkətin azadlığına müdaxiləni əsas götürərək işi apelyasiya instansiyasına qaldırıb.

2017-ci ildə Avropa məhkəməsi analoji iddiaya baxarkən hicab taxanın mövqeyini haqlı saymayıb.(teleqraf)