Səhiyyə Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi açıqlanıb - SİYAHI

31/01/2019 - 18:30 2 230 0   0  

Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aşağıda adları qeyd dolunan şəxslər İctimai Şuraya üzv seçiliblər:
1. Ağayev Qorxmaz Siracəddin oğlu - “Tibb işçilərinin hüquqi maarifləndirilməsinə yardım” İctimai Birliyi
2. Eyvazov Taryel Əli oğlu - “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi
3. Nəbiyeva Ziba Vasif qızı - “İnkişafa doğru Qadın Təşəbbüsü” İctimai Birliyi
4. Salayev Rüstəm Əli oğlu - “Psixo-Sosial yardım” İctimai Birliyi
5. Sultanova Yeganə Teymur qızı - “Azərbaycan Diabet Liqası” İctimai Birliyi
Qeyd edək ki, İctimai Şura 20 gün müddətində ilk iclasını keçirməklə fəaliyyətə başlayacaq.