Odessada azərbaycanlı şəxs saxlanıldı

30/01/2019 - 21:42 8 086 0   0  

Ukraynanın Odessa avtovağzalında 35 yaşlı azərbaycanlı avtobus gözləyən şəxsi qarət edib.

Suveren.az politeka.net portalına istinadən xəbər verir ki, o, 48 yaşlı Dnepropetrovsk sakininə yaxınlaşaraq, onu döyüb və yol çantasını götürərək hadisə yerindən uzaqlaşıb.

Aparılan istintaq tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Ona qarşı qarət ittihamı ilə cinayət işi başlanılıb.