"Güney Azərbaycanda xərçəng sürətlə yayılır" - Professordan XƏBƏRDARLIQ

29/01/2019 - 20:20 5 893 0   0  

“Güney Azərbaycan ərazilərində xərçəng xəstəliyi ötən illərlə müqayisədə sürətlə yayılır. Bölgə ağciyər xərçəngi üzrə İran əyalətləri arasında birinci yerdədir”.

Bu barədə Qərbi Azərbaycan Tibb Universitetinin reaktoru Cavad Ağazadə deyib.

O qeyd edib ki, son aylarda bölgədə 9 min 900 nəfərə xərçəng xəstəliyi diaqnozu qoyulub.

Cavad Ağazadənin sözlərinə görə, kişilər sinir sistemi xərçəngi üzrə ölkədə birinci, qadınlar isə eyni səbəbdən ikinci yerdədir:

“Güney Azərbaycan qadın döş xərçəngi üzrə İran əyalətləri arasında 12-ci yeri tutur. Hər il əyalətdə təxminən 5 000 nəfərə müxtəlif xərçəng xəstəliyi diaqnozu qoyulur”.