“Başqa yolumuz yoxdur” - Ermənistanın müdafiə naziri

29/01/2019 - 16:27 2 266 0   0  

“Ermənistan ordusundakı problemləri aradan qaldırmaq və döyüş hazırlığını artırmaq üçün mümkün variantları nəzərdən keçiririk”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan deyib.
Nazir bildirib ki, Ermənistan xarici təhdidləri nəzərə alaraq, ordudakı canlı qüvvənin sayını nəzarətdə saxlamaq məcburiyyətində qalıb:
“Buna görə, məcburi hərbi xidməti müqavilə əsaslı hərbi xidmətlə birləşdirməkdən başqa yolumuz yoxdur. Hazırda müqavilə xidmətinə tam keçid üçün heç bir şərait yoxdur”.(teleqraf.com)