“Real”ın baş məşqçisi istefaya göndərildi

30/10/2018 - 09:52 1 438 0   0  

“Real Madrid” futbol klubunun rəhbərliyi baş məşqçi Xulen Lopeteqi ilə müqaviləyə vaxtından əvvəl xitam verib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, qərara səbəb Madrid klubunun nəticələrinin qənaətbəxş olmamasıdır. Baş məşqçinin vəzifəsini müvəqqəti olaraq “Kastilya” klubunun məşqçisi Santyaqo Solari icra edəcək.
Xatırladaq ki, “Real Madrid” oktyabrın 28-də “Barselona” ilə keçirilən “El Klasiko” matçında 1:5 hesabı ilə məğlub olub. Komanda keçirdiyi son 7 oyundan 5-də məğlub olub və 10 turdan sonra ölkə çempionatında 9-cu yerdə qərarlaşıb.