“Haqsız olaraq bəzi deputatları müzakirə edirlər” - Hadi Rəcəbli

24/01/2019 - 12:20 2 374 0   1  

Bu gün Əmək və Əhalinin Sosial Siyasət Komitəsinin yaz sessiyasında ilk iclası keçirilir. “Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən komitə sədri Hadı Rəcəbli bildirib ki, komitədə payız sessiyasında 45 məsələ müzakirə olunub:

“21 qanun layihəsinin müzakirəsini Milli Məclisə tövsiyə etdik. Bunlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn layihələrdir. Eyni zamanda, komitəyə 648 sənəd daxil olub. Bunların 579- u ərizə və şikayətlər olub. Bunların böyük bir qismi Ünvanlı Sosial Yardım istəyindən irəli gəlir. Bu sahədə ölkə başçısının atdığı addımlar müsbət nəticəsini verir. Sistem elektronlaşdırılıb. Biz bəzən nöqsanların aradan qaldırılmasına kömək edirik. Pensiyaların həcmi ilə bağlı 135 müraciət daxil olub. Bəzi hallarda düzgün hesablanmayan pensiyalara sonradan obyektiv hesablanıb. Digər ərizələr müharibə və şəhid ailələrindən gəlib. Burada mənzil, nəqliyyat vasitəsi istəyi var. Son nəticədə məqsədimiz o insanların problemlərinin həllinə kömək etməkdir. 37 ərizə səhiyyə problemləri ilə bağlı bizə daxil olub. 366 nəfəri komitədə qəbul etmişik. Bəzən sosial şəbəkələrədə haqsız olaraq bizim bəzi deputatları müzakirə edirlər. Baxmayaraq ki, həmin deputatlar əhalinin problemləri ilə maraqlanır və kömək edir. Bu komitə ən ağrılı məsələləri həmişə müzakirə edib. Ona görə də məsələyə obyektiv yanaşmaq lazımdır”.