Mərkəzi Neftçilər Xəstəxanasının direktoru öz əməkdaşını məhkəməyə verib - Mətbuata şikayət etdiyinə görə...

23/01/2019 - 18:15 2 581 0   0  

Mərkəzi Neftçilər Xəstəxanasının direktoru öz əməkdaşını məhkəməyə verib.

Open.az-ın məlumatına görə, xəstəxananın direktoru Ülvi Mirzəyev mətbuatda onun haqqında fikirlər bildirən Abdullayeva Könül Əziz qızını böhtan atmaqda suçlayıb.
Bələ ki, baş həkim Ülvi Mirzəyev Səbail rayon Məhkəməsinə müraciət edib.
Onun müraciəti icraata götürülüb.
İş hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin oluncaq.
Qeyd edək ki, Könül Abdullayeva mətbuatda Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Ülvi Mirzəyevlə bağlı şikayət edib.
O bildirib ki, xəstəxanada özbaşınalıq baş alıb gedib: "Yeni təyin olunmuş Ülvi Mirzəyev İşçiləri incidir, maaşları azaldır, yüzə yaxın ştatdan kənar xəstəxanaya işçi göturub. O, tutduğu vəzifəsindən sui-istifadə edir, özünün gətirdiyi tibbi personala yüksək maaş verir. Bu xəstəxanada uzun illər çalışmış olan işçilərə isə öz personalından 3 dəfə aşağı maaş verir, onların şikayətlərini dinləmir. İşçilərlə pis rəftar edir. 12 il bu şöbədə çalışmağıma baxmayaraq, səbəbsiz yerə məni başqa şöbəyə keçməyə məcbur edib”.
Xəstəxananın direktoru isə əməkdaşının onun haqqında dediklərinin hamısı yalan adlandırıb.
“Biz Könül Abdullayevanı başqa şöbəyə keçirmişik, maaşını da eyni məbləğdə saxlamışıq. Əgər o, həqiqətən də dürüst olsaydı, bunları deməzdi. Əslində problem odur ki, o, burada alver edirdi. Burada xəstələri pul qarşılığında müxtəlif həkimlərə “satırdı”.
Bu ciddi xətadır. Buna görə, onu işdən qova da bilərdik. Lakin biz onun şöbəsini dəyişdik ki, bu əməlləri edə bilməsin. İllərdir bu şəbəkəni qurub, indi biz ona imkan vermədik deyə, narazı oldu. İndi sağda-solda ağzına gələni danışır”.