Çörək sexinin sahibini öldürənin işində: - "Dedi ki, zibil səninlə deyiləm"

22/01/2019 - 18:16 17 143 0   0  

Bakıda kafedə qətl törətmədkə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdəŞahid Aysel Məmmədova hadisə baş verən zaman mərhumla təqsirləndirilən şəxsin mübahisəsini görüb. O bildirib ki, hadisənin baş verdiyi yerdə, Batabat kafesində ofisinə işləyir.
Onun sözlərinə görə, hadisə günü təqsirləndirilən şəxs İsmayıl Cəfərov kafedə oturub və qarşısında olan dəftərdə satdığı malların haqq-hesabını edirmiş. Bir neçə dəqiqə sonra isə mərhum Elmar Qasımov kafeyə gəlib. "Mən İsmayılı tanıyırdım. Kafeyə tez-tez gəlirdi. Biz ondan çörək alırdıq. O da kafeyə gəlirdi, çörək yeyirdi, çay içirdi, haqq-hesabını da edirdi. Həmin gün də İsmayıl eyni qaydada oturmuşdu. Mərhum Elmarı da sexin müdiri kimi tanıyırdım. Bir neçə dəfə kafeyə gəlib-gedib. Kafeyə girəndə Elmar İsmayılı çağırdı ki, ə, bura gəl. İsmayıl fikir verməyəndə mərhum əsəbləşdi. Dedi ki, zibil, səninlə deyiləm? İsmayıl yenə fikir vermədi və Elmar onu təhqir elədi. Üz-üzə dayananda iki əli ilə İsmayılın boğazından tutub qaldırdı. İki dəfə də yerə çırpdı. Mən müdaxilə edə bilmədim. Bir də onu gördüm ki, İsmayıl cibindən bıçaq çıxarıb Elmar vurdu. Elmar "maşın, maşın" deyə qışqırıb çölə çıxdı. Bir maşına əl eləsə də saxlamadı. Sonra özü yeriyərək getdi. Nə olduğunu bilmədik"
rosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi Bakı şəhəri, NZS qəsəbəsində baş verib. Çörək sexində çalışan İ.Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb.
Hadisədən sonra İ.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.