Meksikalı miqrantlar yeraltı yollarla ABŞ-a keçdi

19/01/2019 - 20:21 5 398 0   0  

ABŞ ilə Meksika sərhədindəki divarın altından qazılmış lağım vasitəsilə 376 nəfərlik qanunsuz miqrant qrupu ABŞ ərazisinə keçib.

Bu barədə ABŞ Gömrük və Sərhəd Xidməti məlumat yayıb: “Rekord sayda bir qrup 3,6 metr hündürlükdəki metal divar altından yarımmetr enində lağım qazıb Arizona ştatı Yuma şəhəri yaxınlığında ABŞ ərazisinə keçib və dərhal da sərhədçilərimizə təslim olublar”.

Hadisə yanvarın 14-də baş verib. Miqrantlar arasında 179 uşağın olduğu bildirilir.

Gömrük və Sərhəd Xidmətinin nümayəndələri onu da bildiriblər ki, son vaxtlar ABŞ – Meksika sərhədinin uşaqlı miqrantların qanunsuz keçməsi getdikcə daha geniş vüsət alır. Onların böyük əksəriyyəti ABŞ-da sığınacaq almaq ümidi ilə ən qısa vaxtda sərhədçilərə təslim olurlar.(report)