Azərbaycanda bu federasiyanın vitse-prezidenti HƏBS EDİLDİ

18/01/2019 - 17:13 2 587 0   0  

Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Aydın Əhmədov həbs edilib. 
Suveren.az unikal.org-a istinadən xəbər verir ki, federasiya rəsmisi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən 2 gün öncə saxlanılıb.
İddia olunur ki, onun həbs edilməsinə səbəb vətəndaşlardan dələduzluq yolu ilə 10 milyon manat mənimsəməsidir.
Xatırladaq ki, AKF-nin prezidenti, millət vəkili Adil Əliyev Aydın Əhmədovu ötən ilin aprel ayında quruma vitse-prezident təyin edib. Bundan əlavə A.Əhmədov AKF-nin tərkibində yer alan “Euro Fight” klubunun direktoru olmaqla yanaşı, “Premium Travel” şirkətinin rəhbəridir.