Qüdsdə son 4 ildə ilk dəfə qar yağdı

17/01/2019 - 17:14 2 164 0   0  

İsrailin Qüds şəhərində son dörd ildə ilk dəfə qar yağıb.

Unikal.org xəbər verir ki, bölgədə -2 dərəcə şaxta da qeydə alınıb.
Qeyd olunur ki, sonuncu dəfə Qüdsdə qar 2015-ci ildə yağmışdı.
Təbiət hadisəsini seyr etmək məqsədilə 17-18 yanvar tarixlərində regiondakı bütün hotellərdə yerlərin bron olunduğu deyilir.