Sakinlər soyuqdan donur, "Azəriqaz" isə bəhanə gətirir... - AÇIQLAMA

15/01/2019 - 10:08 2 425 0   0  

Soyuq günlərdə qazın təzyiqinin aşağı olması adi hal alıb. İstər paytaxtda, istərsə də bölgələrdə qazın təzyiqinin az olması şikayətlərə səbəb olur. Hətta şəhərin bəzi yerlərində qış aylarında təmir adı altında saatlarla mavi yanacağın verilişi dayandırılır. Sakinlər bildirir ki, yalnız gecə saat 12-dən səhər saat 7-yə kimi qaz yüksək təzyiqlə verilir. 

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev Cebhe.info-ya açıqlamasında deyib ki, hansısa ərazidə kütləvi olaraq qazın təzyiqinin aşağı düşməsi müşahidə olunmur: 
“ “Azəriqaz” İstehsalat Biriyinə belə bir müraciət daxil olmayıb. Fərdi olaraq təbii qazla bağlı çatışmazlıq varsa, “Çağrı mərkəzi”nə müraciət edilməlidir. Ölkədə istehlakçılarımız tələbata uyğun təbii qazla təmin olunurlar. İki günün müqayisəsinə görə, təbii qazın sərfiyyatında 965 min kubmetr artım var. Belə ki, iki gün əvvəl qaz sərfiyyatı 32 milyon 239 min kubmetr olubsa, ötən gün respublika üzrə qaz sərfiyyatı 33 milyon 204 min kubmetr olub. Yay aylarında bu rəqəm 5-10 milyon kubmetr olur. Ötən günlə bu günun müqayisəsinə görə qaz sərfiyyatı 127 min kubmetr artıb”.