Yəməndə hərbi bazada parada HÜCUM

10/01/2019 - 21:15 6 025 0   0  

Yəmənin Lahic şəhərindəki Əl-Aned hərbi bazasında parada hücum olub.

Pilotsuz uçan aparatla (PUA) edilən hücum nəticəsində 6 hərbçi həlak olub, 20-yə yaxın hərbçi isə yaralanıb.

“Report” “xəbər verir ki, yaralananlar arasında Lahic əyalətinin qubernatoru Əhməd Abdulla ət-Turki və 4-cü hərbi dairənin komandanı general-mayor Məhəmməd Saleh Tammah, paradı işıqlandıran jurnalistlər də var.

Məlumata görə, parada hücumu qiyamçı husilər edib.