Lavrov yeni qızğın silahlanmanın perspektivindən danışdı

28/10/2018 - 20:12 17 845 0   0  

ABŞ-ın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən və Strateji hücum silahları haqqında müqavilədən mümkün çıxışı yeni qızğın silahlanmanı təhrik edə bilər.

Suveren.az xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 1” telekanalında “Moskva. Kreml. Putin” proqramının efirində deyib.

Xarici İşlər Nazirliyinin başçısının sözlərinə görə, ABŞ-ın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxışı haqqında qərar qəbul edilmişdir.

“Bu ABŞ prezidentinin milli təhlükəsizliyi üzrə məsləhətçisi Con Bolton ilə prezident Vladimir Putinin görüşlərindən aydın oldu. Qərar qəbul edilib və yerinə yetirilir. Bu, pisdir”, - o bildirib.

Xatırladaq ki, oktyabrın 21-də ABŞ prezidenti Donald Tramp ABŞ-ın Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacağını açıqlayıb. Onun sözlərinə görə, ABŞ-ın bu müqavilədən çıxmasına səbəb Rusiyanın müqavilənin şərtlərini pozmasıdır.

Müqavilə 1987-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən imzalanmışdı.