Pikedən Messiyə TƏKLİF

07/01/2019 - 23:10 7 066 0   0  

"Barselona"nın futbolçusu Jerard Pike komanda yoldaşı Lionel Messiyə işbirliyi təklif edib.

O, sahibi olduğu "Andorra"da argentinalı hücumçunun səhmdar olmağını istəyir. Bununla bağlı onlar arasında danışıqların getdiyi və tərəflərin razılığa gəlmək üzrə olduğu bildirilib.

Qeyd olunur ki, Pike Messi vasitəsilə sponsorları cəlb etməklə dünyanın "Andorra"ya olan marağını artırmaq niyyətindədir.

Xatırladaq ki, "Andorra" İspaniyanın V divizionunda çıxış edir.(teleqraf)