​Musa Şəkiliyevlə bağlı iddia... - Gedicidir...

07/01/2019 - 16:43 2 986 0   0  

Yeni il bayramından əvvəl Bakıda rayon icra başçılarının iştirakı ilə müşavirə keçrildiyi barədə məlumat vermişdik.
İclasda icra başçılarına yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması və sair məsələlərlə bağlı konkret tapşırıqlar verilib.
Bir neçə rayonun icra başçısının işində nöqsanlar olduğu diqqətə çatdırılıb. İnsanlar tərəfindən narazılıqlar olduğuna görə, həmin başçılara yaxın zamanlarda işdən azad oluna biləcəkləri barədə xəbərdarlıq da edilib.
Mozalan.az-ı bilgiləndirən mənbə konkret olaraq hansı icra başçılarına xəbərdarlıq edildiyini bildirməsə də, redaksiya müstəqil olaraq bu haqda məlumat əldə edib.
Bunlarrdan biri Qax rayon icra hakimiyyəti başçısı Musa Şəkiliyevdir ki, Melorasiya və Su təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin kadrı kimi tanınır.
Vəzifədə olduğu müddətdə əsasən qalmaqallarla yadda qalıb.
Hələ 2015-ci ildə saytlar onun belə bir qalmaqalı haqda yazırdı:
“Qax rayonundan maraqlı bir neçə informasiya daxil olub. Belə ki, adıçəkilən rayondan deyilənlərə görə, RİH başçısı Musa Şəkiliyev demək olar hər gün sərxoş vəziyyətdə olur. Bir müddət əvvəl də o, sərxoş vəziyyətdə olarkən rayonun mərkəzi küçələrindən birində sürücüsünə maşını saxlamasını əmr edərək maşında əyləşdiyi hissədən qapını açaraq işıqforun yanında rəzalətli duruma düşüb. Rayon sakinlərindən biri də bu fürsəti buraxmamaq qərarına gəlir və həvəskar çəkilişi ilə bu “tarixi an”ı telefonunun yaddaşına həkk edir.”( http://qafqaznews.az/2015/08/qax-rayon-icra-bascisi-musa-s-kiliyev-s-rxo...)
Onun seçkilərdə hüquq müdafiəçisi Əhməd Şahidova qarşı komromat savaşı da xeyli gündəmi zəbt etmişdi.
Rayon sakinləri deyir ki, bu gün Qaxın saysız-hesabsız problemləri, sağalmaz dərdləri və tam əksəriyyətin narazı olduğu səriştəsiz rəhbərliyi var. Məhz, rəhbərlikdən tam əksəriyyət ona görə narazıdır ki, cənab Musa müəllim icra hakimiyyəti "postu”na, meşə təsərrüfatının rəhbərliyindən gəldiyi gündən bu günə kimi, yerli sakin olaraq rayon üçün əhəmiyyət kəsb edən problemlərin həlli ilə məşğul olmayıb. Məsələn, o, arabir şəhərin mərkəzi ərazilərində, ətraf yaşayış məntəqələrində bir qədər təmir-bərpa işləri apartdırmaqla, kimlərinsə gözünə "kül üfürmək” istəyib. Elə ki, atılan addımlar əksəriyyətə bəlli olur, o zaman Musa Şəkiliyev də başa düşür ki, artıq onun yalanları ayaq açıb yerimir. Çünki, yerli sakinlər bilirlər ki, rayonun mərkəzindən bir qədər kənarda yerləşən kəndlərdə, iri yaşayış məntəqələrində sakinlərin üzləşdikləri prorblemlərin nə həddi, nə də ki, hüdudu var. Rəhbərlik isə boş-boş vədlər verməyə aludə olduğundan, o, nə vaxt əhali qarşısına çıxırsa, hansısa bir tədbir keçirilirsə, daim vurğulayır ki, guya kəndlərdə, ucqar qəsəbələrdə, iri yaşayış məntəqələrində və.s əhalinin mavi qaza, elektrik enerjisinə, su ilə təminatına, rabitə xidmətinə və digər təminolunmalarına olan tələbat tam ödənilmək üzrədir. Sözsüz ki, icra hakimiyyətinin başçısı olaraq o, belə bir formada açıqlamalar verməli, qol qoyduğu qanunsuzluqları ört-basdır etməyə də çalışmalıdır.
Diqqəti cəlb edən hallardan biri də ondan ibarətdir ki, rayonda sosial problemlərin tüğyan etməsi ilə bərabər, müxtəlif vəzifələrin də Musa Şəkiliyevin qohum-əqrəbaları tərəfindən "zəbt” olunmasıdır. Bu haqda məlumatı verən mənbə bildirir ki, belə bir "zəbtolunma” özünü daha çox gəlir gətirən sahələrdə göstərir. 
Rayon sakinlərinin şikayət məktublarının Prezident Administrasiyasını da artıq hövsələdən çıxartdığı deyilir. Yaxın zamanlarda Şəkiliyevin əvəzlənəcəyi labüddür.