Sırf marşrutlar üçün hərəkət zolağı yaradılacaq

04/01/2019 - 19:08 11 368 0   0  

Azərbaycanda iri şəhərlərin zərurət olan küçə və prospektlərində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılacaq.

Bu barədə məlumat “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün” Dövlət Proqramında yer alıb.

Bakı şəhərində və Bakıətrafı şəhər, qəsəbə və kəndlərdə ekspress avtobus xətləri artırılacaq, avtobus dayanacaq məntəqələri ümumi nəqliyyat axınına maneə törətməməsi və sərnişin axınına uyğun olması şərtilə yerləşdiriləcək, avtobus marşrutları, xüsusən də iri şəhərlərdə müntəzəm şəhərdaxili marşrutlar sərnişin axınına və yol infrastrukturuna uyğun optimallaşdırılacaq.

Məsələnin həlli istiqaməti aidiyyəti qurumlara tapşırılıb.