Ağ Ev Ərdoğanı Yaxın Şərqin lideri kimi qəbul edir

30/12/2018 - 18:38 9 025 0   0  

“Regionda Amerikanın müttəfiqi Türkiyədir, Səudiyyə Ərəbistanı yox”
“The Wall Street Journal“ yazır ki, prezident Donald Trampın Amerika qoşunlarını şərqi Suriyadan çıxarması və həmin regionu Türkiyə hərbçilərinin nəzarətinə verməsi ağlasığmaz hadisədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ən cəsarətli xəyallarında da belə bir şey ola biləcəyi ehtimal şəkilində də mövcud deyildi. Bu, şübhəsiz ki, Türkiyə prezidenti üçün geniş manevr imkanları açır, ancaq müəyyən risk elementləri də var. 
Amerika qoşunlarının Suriyadan çıxması o deməkdir ki, Suriya məsələsi heç bir halda Türkiyəsiz çözülə bilməz. Yaxın Şərqin əsas dövləti Türkiyədir. Ağ Ev sanki bu addımı ilə cənab Ərdoğanın regionda liderliyini təsdiqləyir. Prezident Tramp 2019-cü ildə Türkiyəyə dəvət olunub və Amerika prezidenti bu dəvətə müsbət cavab verib.
“Əgər ABŞ və Türkiyə regionda müttəfiq kimi birgə işləsələr bu, ortadakı mənzərəni müsbətə doğru dəyişəcək. ABŞ İranla bağlı hər hansı bir plana sahibdirsə, o planın həyata keçməsi üçün Yaxın Şərqdə müttəfiq lazımdır. O müttəfiq yalnız Türkiyə ola bilər. Camal Qaşıqçı olayından sonra imici daha da pisləşmiş Səudiyyə Ərəbistanından Amerikaya müttəfiq olmaz. Ehtimal ki, ABŞ Konqresi Səudiyyə Ərəbistanına qarşı getdikcə daha sərt mövqe tutacaq”, “The Wall Street Journal“ belə yazır.
Türkiyənin Suriyada qarşılaşa biləcəyi və özündə müəyyən risk elementi daşıyan məqam kürdlərlə bağlıdır. Ancaq Suriyadakı sünni-ərəb tayf larından da bəziləri Türkiyəyə qarşı çıxa bilər.