Bakıda müəllim şagirdi döydü - VİDEO

27/10/2018 - 19:47 10 543 0   0  

Sosial şəbəkələrdə Bakıda məktəb direktorunun müavini olduğu iddia edilən müəllimin məktəbliləri döyməsini əks etdirən video-kadrlar yayılıb.

İnformasiyaya görə, hadisə Dərnəgüldə yerləşən məktəblərdən birinin qarşısında baş verib.

Kadrlardan görünür ki, kişi uşaqlara hücum edir və onlardan birini vurur. Vurulan uşaq üzünün qanını silə-silə kənara çəkilir.

Bildirilir ki, həmin ərazidə qaçqın və məcburi köçkün uşaqlarının oxuduğu onlarla məktəb var.

Bu biabırçı hadisəyə Təhsil Nazirliyindən hələlik heç bir reaksiya verilməyib.