Dövlət bayrağımızın tərsinə asılmasına BDU-dan REAKSİYA

27/12/2018 - 16:59 2 641 0   0  

Bakı Dövlət Universitetində dövlət bayrağımıza qarşı hörmətsizlik edilib.

Unikal.org xəbər verir ki, universitetin giriş qapısının üzərində dalğalanan üçrəngli bayrağımız tərsinə asılıb.
Bakı Dövlət Universitetinin girişində yerləşdirilən bayrağın tərs asılması görənlərin narazılığına səbəb olub. 

***
Sözügedən məsələylə bağlı Unikal.org-a Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. Bildirib ki, bu, texniki xəta idi və yanlışlıq artıq aradan qaldırılıb.