ALMANİYA ÇALXALANIR - ƏN BÖYÜK VERGİ QALMAQALI

26/10/2018 - 19:55 5 680 0   0  

Almaniya öz tarixindəki ən böyük vergi qalmaqalı ilə üzləşib. Ölkədə banklar, səhmdarlar və vəkillərin öz aralarında razılaşaraq illərlə vergidən yayındıqları aşkara çıxıb. Ödənilməyən verginin məbləği artdıqca, alman siyasətçilər korrupsiyanı ört-basdır eləməyə çalışıblar. Qanundakı boşluqdan istifadə nəticəsində ödənilməmiş vergilərlə bağlı "Cumex qalmaqalı” Almaniya məhkəməsində araşdırılır. Bu araşdırmada adı çəkilən banklar "vergi qənaəti” adı altında səhm razılaşmaları ediblər.

"Olmayan bank”ın səhmini satıblar!

Almaniyanın Düsseldorf rayon prokurorunun əslində mövcud olmayan "West LB” bankının səhm sənədi müqavilələri sayəsində "vergi qənaəti” adı altında illərlə davam etmiş vergidən yayınmaları aşkara çıxarmasından sonra bu məsələ ilə əlaqədar istintaq başladılıb. Almaniyada dərc edilən "Zeit” qəzetinin verdiyi məlumata görə, Almaniyanın ən böyük banklarından biri sadəcə Almaniyada 55 milyard avrodan artıq məbləği vergidən yayındırıb.

Almaniya mətbuatı: "Qaçqınlar üçün pul yoxdur, qalmaqallar üçün var!”

Vergi qalmaqalının ortaya çıxmasından sonra Almaniya mətbuatında dərc edilən xəbərlərdə hökumət tənqid edilib: "Deyirdilər ki, pul çatışmadığı üçün qaçqınları ölkəyə buraxmırıq, pulların hara xərcləndiyi aşkara çıxdı”.

Almaniya 2012-ci ildə "CumEx” ticarətini qadağan eləyib.