“İKİ VİRAN QOYULMUŞ XƏSTƏXANA” – “Ələbaxan həkimlər və tibb bacıları…”

18/12/2018 - 10:29 7 663 0   0  

“Azərbaycan səhiyyəsi ölümü insana yaxınlaşdıran səhiyyədir”.
“AzPolitika.info”nun məlumatına görə, tanınmış təhsil eksperti Etibar Əliyev Bakının 2 səhiyyə ocağındakı acınacaqlı vəziyyətdən bəhs edən “Facebook” statusunda belə yazır.
E.Əliyevin actual və düşündürücü statusunu təqdim edirik: “Yanaşı dayanan iki xəstəxana: 5 saylı şəhər Klinik Xəstəxanası və C.Abdullayev adına Elmi-Tədqiqat kardiologiya İnstitutu. Birinciyə uzun illər Bəxtiyar Vahabzadənin kürəkəni Ziya Əsədov, ikinciyə isə uzun illər Adil Baxşəliyev rəhbərlik edib. Hər iki tibb müəssisəsi viran qoyulub. Nikolay dövrünün liftləri və reanimasiya şöbələri, sökülüb-tökülən xəstəxana divarları, sınıq-salxaq çarpayılar insanı dəhşətə gətirir: ölüm haqqında düşünürsən. Belə yerlərdə xəstənin sağalma ehtimalı barədə danışmaq adsurddur. Ələbaxan həkimlər və tibb bacıları bu viran qoyulmuş xəstəxanaların insan amilidir. Dedilər ki, hər ikisinin rəhbəri dəyişib. Dəyişən rəhbərin “islahata” nədən başlaması təəccüblüdür. Xəstə üçün kasıb, yaxud varlı klinikanın olması vacib deyil, onu sağaltmaq lazımdır. Bu cür xəstaxanalarda neçə illərdir ki, baş verən ölüm halları biganə insan statistikası kimi qiymətləndirilməlidir.
P.S. Xəstələnməyin. Bahalı klinikalarda kasıb xəstənin üzünə baxan yoxdur, kasıb xəstəxanalarda isə şərait. Azərbaycan səhiyyəsi ölümü insana yaxınlaşdıran səhiyyədir”.