“Ermənistanda ABŞ-a cavab verə bilmirik” – Sergey Lavrov

17/12/2018 - 14:33 11 209 0   0  

“Rusiya Ermənistanda ABŞ kimi özünə bağlı QHT-lər yaratmağı, yaxud səfirliyinin ştatını artırmağı düşünmür”.

“Report” xəbər verir ki, bunu “Komsomolskaya pravda” nəşrinə müsahibəsində Ermənistanda amerikapərəst QHT-lərin çoxalması və ABŞ səfirliyinin ən böyük xarici səfirliklərdən biri olması barədə verilən suala cavabında deyib.

Amerikalıların öz iş meyarları var. Bizim isə öz adətlərimiz, maliyyə çərçivələrimiz var. Keçmiş Sovet İttifaqı məkanında fəaliyyət göstərən bütün bu QHT-lər şəbəkəsi xeyli məsrəf deməkdir. Onların böyük əksəriyyətinin donoru USAİD, yaxud Respublikaçılar Partiyasının nəzarət etdiyi müxtəlif beynəlxalq qurumlardır. Həmçinin Corc Soros da, əlbəttə, böyük fəaliyyət göstərir”, – rusiyalı nazir deyib.

O, Ermənistanda ABŞ diplomatların rusiyalı həmkarlarından sayca çox olduğunu da etiraf edib: “Biz eyni say çoxluğu ilə cavab verə, yaxud bu qədər oyuncaq təşkilatlar yarada bilmirik”.

S.Lavrov Qərbi “inqilablar hazırlamq”da ittiham edib: “Hazırda Qərbin post-sovet məkandakı işi-gücü inqilab hazırlamaqdır. Bu, bəlkə də bizim bəlamızdır, amma qəti bizim günahımız deyil”.