Uduluda maşın aşdı, ailə üzvləri xəsarət aldı

11/12/2018 - 23:04 10 891 0   0  

Hacıqabul rayonunun Udulu qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Salyan rayonunun 1991-ci il təvəllüdlü Qaraçala kənd sakini Əliyev İsgəndər Məzahim oğlunun idarə etdiyi “VAZ- 21074” markalı 10-OF-694 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan ailənin digər üzvləri - 1964-cü il təvəllüdlü Əliyev Səməd Bağı oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Süsən Məzahim qızı və 1991-ci il təvəllüdlü Əliyeva Hüsniyyə Balahəsən qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Hacıqabul Rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.