Çempionun faciəvi şəkildə ÖLÜMÜ - FOTOLAR

11/12/2018 - 19:29 12 679 0   0  

Rusiyanın döyüş sənətləri ustası, 15 yaşlı İrina Rubnikova faciəvi şəkildə ölüb.

Suveren.az publika.az-a istinadla xəbər verir ki, o, hamamda vəfat edib.

İrina “Iphone” markalı telefonunu hamamda enerjiyə qoyub. Duş aldığı əsnada isə telefonu əlinə götürüb. Qəfil telefon suya düşüb və gənc qızı cərəyan vurub. Onun cansız bədənini ailəsi tapıb.

İki ay öncə Rusiyada çempion olan 15 yaşlı idmançının xəyalı dünya çempionu olmaqdı.