Şərqi və Qərbi Azərbaycan vilayətləri qar və çovğunun əsarətində

08/12/2018 - 22:22 4 942 0   0  

İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, İsfahan, Tehran, Şimali Xorasan, Qəzvin, Kürdüstan, Kirmanşah, Lorestan, Mazandaran, Mərkəzi və Həmədan vilayətləri qar və çovğun altındadır. 24 dağlıq ərazidə zərərçəkənlərə yardım edilib.

Bunu İranın Xilasetmə və Yardım Təşkilatının sədr müavini Şahin Fəthi deyib.

Onun sözlərinə görə, 2150 nəfərə yardım edilib, 103 nəfər müvəqqəti məkanlara yerləşdirilib. Həmçinin 321 avtomobil qardan çıxarılıb. (Trend)