“Youtube”un ən yaşlı bloqeri öldü

05/12/2018 - 22:06 1 759 0   0  

Hindistanın Andhra-Pradeş ştatından olan ən yaşlı “Youtube” bloqeri Mastanamma 108 yaşında dünyasını dəyişib.

Suveren.az xarici mediaya istinadən xəbər verir ki, onun “Youtube”da “Country Foods” kulinar kanalını nəvəsi ilə dostu yaratsa da, qısa müddətdə məşhurluğu ilə seçilib.

Hind mətbəxinin ləziz təamlarının hazırlanma qaydalarını təqdim edən Mastanamma bununla da ənənəvi yeməklərin reseptlərinin təbliğatını aparıb. Onun məşhur yeməkləri arasında banan yarpağı üzərində bişirdiyi, cücə və qarpızla hazırladığı qidalar xüsusilə seçilir.

Qocanın kanalının 1,2 milyon izləyicisi və 200 milyon baxış sayı olub.