Ermənistanın “Su-25” hərbi təyyarəsi havaya qalxandan sonra RADARLARDAN İTİB

04/12/2018 - 14:51 7 819 0   0  

Ermənistan ordusunun Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Rusiya istehsalı olan “Su-25” döyüş təyyarəsi plana uyğun olaraq təlim uçuşu keçirirmiş. Gümrüdəki hava limanından uçan təyyarə havaya qalxandan sonra onunla əlaqə kəsilib.
Hazırda təyyarənin axtarışları aparılır.