Krımda kollecə girib 21 nəfəri güllələyən şəxsin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - VİDEO

21/10/2018 - 15:20 1 609 0   1  

Krım Muxtar Respublikasının Kerç şəhərində kollecə hücum edərək 21 nəfəri öldürən Vladislav Roslyakov cinayəti təhlükəsizlik kamerilarına düşüb.

“Rossiya 1” telekanalı cinayəti anban əks etdirən görüntüləri yayımlayıb.

Kadrlardan görünür ki, Vladislav Roslyakov əvvəlcə şagirdlərin çox olduğu dəhlizdə partlayıcı qurğunu yerləşdirir.

Partlayış baş verəndən sonra cinayətkar silahla qarşısına çıxan hər kəsi güllələyərək öldürür.

Hadisə zamanı ölənlərdən 16-sı tələbə, 5-i isə, kollecin əməkdaşıdır. Atışma və partlayış nəticəsində 50-dən çox insan isə, yaralanıb.

 

Kerç polisi hadisəni ilkin olaraq terror aktı kimi araşdırmağa başlasa da, daha sonra baş verənlər 2 və daha çox insanın öldürülməsi ilə nəticələnən cinayət aktı kimi şərh olunub.

Cinayəti törədən şəxs daha sonra intihar edib.

Roslyakov hadisədən 1 ay əvvəl psixiatr müayinəsi də daxil olmaqla bütün tibbi komissiyalardan keçərək silah daşımaq üçün icazə alıb. Hadisədən 4 gün əvvəl isə, o, 150 ədəd güllə alıb.(realtv)