Günahsız yerə həbsdə yatdı - 23 ildən sonra bəraət aldı

01/12/2018 - 09:46 2 014 0   0  

Çində 23 ildir günahsız yerə həbsdə yatan Zehonq adlı şəxs azadlığa buraxılıb.

Hazırda 50 yaşı olan Tszin Çjehun 1995-ci ildə zorlama və qətldə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilib.
Yalnız 2014-cü ildə Çin Ali Məhkəməsi işə yenidən baxılmasını tələb etdikdən sonra bəzi təfərrüatlar məlum olub.
Belə ki, məhkum ittihamları işgəncə altında qəbul etdiyini bildirib. 4 il davam etmiş istintaq nəticəsində T.Çjehun azadlığa buraxılıb.