Ərdoğan Trampla danışdı

28/11/2018 - 21:17 30 040 0   0  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefonda danışıb.

Suveren.az “Posta”ya istinadən xəbər verir ki, tərəflər Rusiya ilə Ukrayna arasındakı gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Ərdoğan Trampa Vladimir Putin və Petro Poroşenko ilə keçirdiyi telefon danışığı barədə məlumat verib.

Türkiyə-ABŞ münasibətlərini hərtərəfli genişləndirmək barədə müzakirələr aparan liderlər G20 sammiti çərçivəsində Argentinada üz-üzə görüşmək haqda razılığa gəliblər.