Piyadanı vurub öldürdü - Ağır qəza

28/11/2018 - 20:07 6 649 0   0  

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Suveren.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 27-də saat 21 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində şəhər sakini Vidadi Quliyev idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.