“Səudiyyə Ərəbistanına zəng etməyimlə neftin qiyməti aşağı düşdü” – Tramp

28/11/2018 - 10:59 2 014 0   0  

ABŞ Prezidenti Donald Tramp neftin qiymətinin 82 dollar olduğu zaman Səudiyyə Ərəbistanı rəhbərliyinə zəng etdiyini, bundan sonra qiymətin aşağı düşdüyünü bildirib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti “The Washington Post” qəzetinə müsahibəsində deyib.

“Qiymət 82 dollar/barel səviyyəsində idi və hətta 100 dollara qədər artım ola bilərdi. Bu isə vergilərin geniş miqyasda artması demək olacaqdı və bunu istəmirdim. Ona görə də Səudiyyə Ərəbistanı rəhbərliyinə zəng etdim və onlar neft hasilatını artırdılar, indi neftin qiyməti 52 dollar/barel səviyyəsindədir”, – Ağ ev rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, bu zəng səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən çox əvvəl baş verib.