Qonur ayını ovlayan 6 nəfər saxlanılıb - SİYAHI

26/11/2018 - 11:36 7 147 0   0  

Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal meşəbəyliyinin 4 saylı dolayında adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş qonur ayını qanunsuz olaraq ovlayan şəxslər saxlanılıblar.

“Report”un xəbərinə görə, bunlar İsmayıllı və Ağsu rayonlarının sakinləri Rasim Səfərov, Rahim Kazımov, Mühasib Nuriyev, Asəf Hacıyev, Nüsrət Səfərov və Səfər Səfərovdur.
Onlardan ov tüfəngləri və ayının dərisi aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb.