Qoşqar Təhməzli erməni “Yessentuki”lərini Bakıya necə buraxıb?

22/11/2018 - 20:59 3 274 0   0  

Bakı mağazalarına ermənilərin istehsal etdiyi deyilən “Yessentuki” suları daxil olub.

Bu barədə mozalan.az xəbər yayıb

Cahan.info yazır ki, bu içkilərin Bakıya necə gəldiyi bilinmir.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə ünvanlanmış müraciətdə deyilir ki, Rusiyadan ölkəmizə idxal edilən bu suların “Yessentuki” mineral sularına aidiyyatı yoxdur, etketləri saxtadır. Bildirilir ki, belə suları idxal edənlər AQTA-dansertifikat alıblar.

Sayt yazıb ki, “Yessentuki” sularının istehsalı Rusiyada ciddi nəzarətdədir və istehsalı ilə cəmi bir holdinq məşğul olur. Təbii “Yesentuki” suları bir çox xəstəliklərin dərmanıdır. Ölkəmizə gətirilən saxta suların isə heç nəyə köməyi yoxdur.

Belə ki, saxta DR,ESSENT/ TYPI ESSENTUKI suları Minvod şəhərində yerləşən ermənilərə məxsus sexdə buraxılır.

“Vimbildan” isə süd məhsulları istehsal edir. Onların etiketi olan “Yesentuki” suyu adi qazlı sudur. Rəhbərləri Rostov şəhərindəndir.

Digər saxta markalı “ESSENSKAYA RESEPT”-ə aldadıcı ad qoyulub. Təbii sulara dəxli yoxdur. Bu cür saxta məhsullarısifariş edən“Gilan”MMC və “Narzan” MMC-lərdir.

Ümumiyyətlə, ölkədə olan hər brend suyun saxta variantı var. Lakin iyi, dadı, qoxusu olmadığından və məhsulların istehsalatdan ticarətə qədər irəliləmə mexanizmi açıqlanmadığından heç kəs təminat vermir.

Bilinmir ki, hansı partiya mal tənzimlənib, hansı partiya birbaşa krandan götürülüb. Ümumilikdə bazarın sular sektorunun mineral sular hissəsində daha çox xaos yaşanır.

Cahan.infoxəbər verir ki, ”Borjomi” suyu ölkədə süfrə suyu, hamının içə biləcəyi su kimi təqdim olunur. Amma bu, müalicəvi sudur.

Bunu hamı içə bilməz. Bu su müəyyən xəstələrə zərərlidir. Sual olunur ki, tərkibi yalnız H2O-dan ibarət olan bir məhsulun litri 0,4 qəpikdən 8 manat arasındadır.

Üzümü dövlət orqanlarına tutub deyirəm niyə həmin sular 8 manatadır. Axı bunun tərkibi də H2O-dur. İysiz, dadsız, qoxusuz bir şeydir. Nə var onun içində? Heç də təbii bulaq suyu təmiz su deyil.

Bu tamamilə səhv düşüncədir. Bulaq suyu elə bir suxurlardan süzülüb gələ bilər ki, özü ilə qorxulu maddələr gətirə bilər. Ağıllı insan harda necə gəldi ağzını dirəyib bulaq suyu içməməlidir.

“Slavyanka”, “Damla” və s. sular o qədər yayılıb ki, heç bulaq bir gün ərzində bu qədər su istehsal etmək imkanı yoxdur.

Bu yaxınlarda “Slavyanka” suyunu pəncərənin qabağına qoydum. Üç-dörd gündən sonra yaşıl rəngə çaldı. Bu o deməkdi ki, su filtirləşmədən keçməyib.

Halbuki, sular bulaqdan dolduranda və yaxud Bakıdan krantdan dolduranda təbiətin bu möcüzəsi eyni cür görünür. İstehlakçı bunu ayırd edə bilmir. Qısaca Azərbaycanda satılan hər bir brend suyun saxta variantı var.

Bunu ayırmaq çox çətindir. İstehlakçılar yalnız suyu çaynikə töküb qaynada bilərlər. Əgər çaynikin dibində ərp, çöküntü yaranırsa, deməli filtirləşmədən keçməyib.

Bulaq suyu da satışa çıxarılmamışdan öncə filtirləşmədən keçirilməlidir. Onda olan zərərli, qorxulu duzlar və maddələr butulkalara doldurulmamalıdır.

Bir müddət əvvəl Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov demişdi ki, satışda həm keyfiyyətsiz, həmçinin də saxta sular satılır: “Bəzi suların üzərində bulaq suyu, yaxud mineral su olduğu qeyd olunur. Amma araşdırılsa, bu suların çoxunun adi krant suyu olduğu üzə çıxacaq.

Məlum olacaq ki, hətta mineral adı ilə əhaliyə satılan suların çoxunun tərkibinə mineral suyun dadının verilməsi üçün xörək duzu, çay sodası və qaz vurulub.

Məsələn, bu gün satışdakı “Qax 3”, “Yessentuki”, “Borjomi”, “Narzan”, “Evian” sularının çoxu saxtalaşdırılıb. Saxta sular əsasən şadlıq evlərində, restoran və kafelərdə satılır. Xarici ölkələrin su brendləri gizli sexlərdə istehsal edilir”.