Bakıda tikintidə dəhşətli hadisə - ÖLƏN VAR

21/11/2018 - 21:37 1 723 0   0  

Bakıda tikinti sahəsində bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, Sumqayıta gedən yolun 7-ci kilometrliyində - “Changan” avtoservisinin arxasındakı tikintidə fəhlə hündürlükdən yıxılıb. Ağır xəsarət alan 1972-ci il təvəllüdlü Səfərov Leysan İsmayıl oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, ərazidəki tikinti “Caspian İnternational Technology Group” MMC tərəfindən həyata keçirilir və vəfat edən şəxs həmin şirkətin işçisi olub.

Faktla bağlı araşdırma aparılır.