Trampın fərmanı yenidən «qadağa altına» düşüb – İnsan hüquqlarını pozur

21/11/2018 - 09:57 2 161 0   0  

Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın miqrantlar barədə növbəti fərmanı San-Fransisko şəhər (Kaliforniya ştatı) məhkəməsinin qərarı ilə bloklanıb.
«AR»-in məlumatına görə, fərman noyabrın 9-dan etibarən, sığınacaq veilməsinin qadağan olunmasını nəzərdə tuturdu, ancaq vətəndaş azadlıqlarının müdafiəsi ittifaqı və konstitusiya hüquqlarının müdafiəsi Mərkəzinin hüquqşünasları tərəfindən məhkəmə çəkişməsi predmetinə çevrilib.
Hakim Con C.Tiqar bununla razılaşıb ki, əgər prezidentin fərmanı qüvvəyə minsə, çox sayda miqrantı böyük təhlükə gözləyir.
Hüquqşünasların iddia ərzəsində göstərilir ki, Trampın bu addımı insan hüquqlarını pozur, ancaq bununla bərabər, onlar qeyri-leqal miqrasiyanı dəstəkləmədiklərini də önə çəkiblər.
Qeyd olunur ki, hakim hələ mahiyyət üzrə qərar qəbul etməlidir.
Prezident fərmanı ilk növbədə Mərkəzi Amerikadan gələn və ümumi sayı 6 minə yaxın olan «miqrant karvanı»na aiddir. Onlar ABŞ-ın Meksika ilə sərhədində oturub sığınacaq gözləyirlər.