Sərnişin avtobusları TOQQUŞDU: 40 yaralı var

15/11/2018 - 19:41 17 209 0   0  

Almaniyanın cənubunda iki sərnişin avtobusunun üz-üzə toqquşması nəticəsində 40 nəfər xəsarət alıb.

Suveren.az xəbər verir ki, bu barədə "Bayerischer Rundfunk" məlumat yayıb. Xəsarət alanların çoxu azyaşlılardır. 5 nəfərin vəziyyəti ağırdır.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.