Hadi Rəcəbli: “İki nazirlik əlilliyin qeydə alınması ilə bağlı ciddi tədbir görməlidir”

14/11/2018 - 22:22 11 101 0   0  

“Pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına əlillərin sayı 5 faiz azalıb. Gələn il pensiyaçıların 30 faizini əlillər təşkil edəcək. Qanuna etdiyimiz dəyişikliklərə görə II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olublar”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O, əlilliyin qeydə alınması ilə bağlı başqa bir parodoksun ortaya çıxdığını qeyd edib: “Bu da son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərinin xeyli çoxalmasına gətirib çıxarıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə bu sahədə olan uyğunsuzluqları aradan qaldırmaq üçün çox ciddi, əsaslı tədbirlər görməlidir. Düşünürəm ki, bunun nəticəsində həmin sahədə bəzi neqativ hallar aradan qalxacaq”.