İsrailin müdafiə naziri istefa verdi

14/11/2018 - 15:51 1 786 0   0  

İsrailin müdafiə naziri Aviqdor Liberman İsrail hökumətinin fələstinlilərə qarşı siyasətinə etiraz olaraq istefa verib.

Bu barədə “Report” “Jerusalem Post”a istinadən məlumat verir.

“Buraya həqiqətən müdafiə naziri vəzifəsindən istefa verdiyimi elan etmək üçün gəlmişəm”, – deyə A.Liberman Knessetdə (İsrail parlamentində) keçirilən görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Qəzza sektorunda atəşkəs elan edilməsi və bununla paralel vəziyyəti nizamlamaya cəhd göstərilməsi terror qarşısında təslim olmaqdır.