Hadisenin bacıları çətin vəziyyətdə - Kommunal xərclərini ödəməkdə çətinlik çəkilər

10/11/2018 - 14:48 1 924 0   0  

Türkiyənin məşhur müğənnisi Hadisenin bacıları ilə münasibəti pozulandan sonra onlara etdiyi maddi dəstəyini dayandırıb. O maddi dəstək olmaqdan imtina etdiyi üçün bacıları çətin vəziyyətə düşüb.

Suveren.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq bacılar 3 aydır yaşadıqları evin bəzi kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Buna görə də onlar anaları Derya Açıqgözün evində yaşamağı qərara alıblar.
Məlumata görə, müğənninin balaca bacısı Derya Açıqgöz Hadiseyə zəng edib çətin vəziyyətdə olduqlarını deyib, lakin o, buna önəm verməyib.
Qeyd edək ki, bir müddət əvvəl Hadisənin meneceri Hülya və stilisti olan bacısı Derya Açıqgözlə aralarında problemlər yaranıb. Hətta anası bu vəziyyətdəları bacılar arasındakı mübahisəyə dözməyərək intihara cəhd edib.