Fazil Məmmədovun səhhəti yenidən pisləşdi - REANİMASİYAYA YERLƏŞDİRİLDİ

15/10/2018 - 12:25 2 230 0   0  

Sabiq vergilər naziri Fazil Məmmədovun vəziyyəti yenidən pisləşib.

Suveren.az modern.az-a istinadən xəbər verir ki, sabiq nazir bu səbəbdən yenidən Amerika Xəstəxanasının (“American Hastanesi”) reanimasiya şöbəsinə yerləşdirilib, hazırda lazımi tibbi müdaxilələr edilir.

Məlumata görə, F.Məmmədovun həyat yoldaşı Günay Məmmədova onu bir an belə olsun tək buraxmır. Eks-nazir xəstəxanaya düşəndən onun yanındadır.

Qeyd edək ki, ilin əvvəlində Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. Bu ilin iyun ayında F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O, Amerika Xəstəxanasının professorları Orxan Bilgə və Mustafa Kərəmin nəzarətində olub. Avqust ayında səhhəti stabilləşdiyindən sabiq nazirin “Çırağan Palace”da istirahət etdiyi qeyd edilirdi.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.

Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.