​“Taliban” ABŞ-ı hərbçilərini Əfqanıstandan çıxarmağa çağırdı

09/11/2018 - 17:22 1 939 0   0  

“Taliban” Hərəkatı ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılmasını müzakirə etməyə hazırdır".
Suveren.az TASS-a istinadən xəbər verir ki, bunu “Taliban”ın Doha ofisinin nümayəndəsi Məhəmməd Süheyil Şahin bildirib.
“Taliban” ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına dair amerikalılarla danışıqlara hazırdır. Bizim fikrimizcə, yalnız ABŞ qüvvələri çıxarılandan sonra Əfqanıstan hökuməti ilə birbaşa danışıqlar başlana bilər”, - o deyib.