Güney Azərbaycanda dəmir yolu işçiləri etiraz olaraq dəmir yolunu bağladılar.

05/03/2019 - 21:02 12 067 0   0  

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün mart ayının 5-də Güney Azərbaycanın Təbriz şəhərində dəmir yolu işçiləri etiraz olaraq dəmir yolunu bağladılar.

Azərbaycanlı işçilər beləliklə, qatarların hərəkətinə mane olublar.

Azərbaycanlı işçilərin etirazına səbəb 4 ay əmək haqqı almamaları, həmçinin işçiləri verilən bayramlığın onlara verilməməsidir.

Qeyd edək ki, azərbaycanlı dəmir yolu işçiləri son zamanlar dəfələrlə etiraz aksiyası keçirib.