ABŞ-da ballistik raketin növbəti sınağı keçirilib

06/02/2019 - 23:06 14 677 0   0  

ABŞ Hərbi Hava Qüvvələri Minuteman III qitələrarası ballistik raketinin növbəti sınağını keçirib.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, təlim raketi Kaliforniya ştatının Vandenberq hərbi bazasından havaya buraxılıb.

Qeyd edək ki, ötən ilin iyul ayında Minuteman III qitələrarası ballistik raketinin sınağı uğursuzluqla nəticələnmişdi. ABŞ Hərbi Hava Qüvvələrin məlumatına əsasən, uçuş zamanı raketdə baş verən nasazlıq səbəbindən ona özünü məhvetmə siqnalı göndərilməmişdi. Nəticədə Sakit Okeandakı Kvajalein atolu yaxınlığında yerləşən hədəfə yaxınlaşan təlim raketi Hərbi Hava Qüvvələri tərəfindən məhv edilmişdi.