İsrail və Fələstin arasında növbəti TOQQUŞMA

11/01/2019 - 22:41 6 130 0   0  

Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında yeni toqquşmalar baş verib.

Suveren.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kidrə məlumat verib.

Onun sözlərinə görə, 1 fələstinli qadın ölüb, 10 nəfər xəsarət alıb.

O, zərərçəkənlər arasında bir nəfər jurnalistin də olduğunu bildirib.