Uşaq hərəkətdə olan maşından yıxıldı

02/11/2018 - 00:37 10 732 0   0  

Tovuzda azyaşlı avtomobildən yıxılıb.

Suveren.az-ın trend-ə istinadən məlumatına görə, hadisə rayonun Qovlar qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini, "Mercedes" markalı avtomobil hərəkətdə olarkən avtomobilin içərisində olan azyaşlı, 2009-cu il təvəllüdlü Musayev Fəqan Xəqani oğlu avtomobilin qapısını açıb və uşaq avtomobildən yıxılıb.

F.Musayev Tovuz Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.