İki nazir və bir deputat təltif edildi - SƏRƏNCAM

09/02/2019 - 22:52 6 826 1   0  

Prezident İlham Əliyev vergilər naziri Mikayıl Cabbarova xüsusi rütbənin verilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Digər sərəncamla Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azər İslam oğlu Nağıyevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov isə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.(qafqazinfo)