Türkiyədə əsgərlər qəzaya düşdü - 2 ölü, 31 yaralı

01/11/2018 - 21:44 14 548 0   0  

Türkiyənin şimalında hərbi xidmətə yola düşən əsgərlərin də olduğu sərnişin avtobusu yük maşını ilə toqquşaraq qəzaya uğrayıb.

Suveren.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 31 nəfər isə yaralanıb.

Qəza İstanbuldan Samsuna hərəkət edərkən Kastamonu şəhərinin Qara Dəniz sahilindəki Tosya kəndində baş verib.

Avtobus sürücüsü və köməkçisinin öldüyü qəzanın səbəbləri araşdırılır.